Zaqatalada ağaca çırpılan avtomobil bir neçə hissəyə bölünüb, sürücü ölüb - FOTO

Zaqatalada ağaca çırpılan avtomobil bir neçə hissəyə bölünüb, sürücü ölüb -


Azərbaycanın Zaqatala rayonunda da ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə Zaqatala-Muxax avtomobil yolunda qeydə alınıb. Zaqatalanın Muxax kənd sakini, 1989-cu il təvəllüdlü Arif Muxtar oğlu Həmzəyev idarə etdiyi “Mercedes” markalı, 99 DK 414 dövlət nömrə nişanlı avtomobil idarəetmədən çıxaraq, yolun kənarındakı qoz ağacına çırpılıb. Zərbənin gücündən maşın bir neçə yerə parçalanıb. Sürücü Arif Həmzəyev aldığı ağır bədən xəsarətlərindən hadisə yerində ölüb.

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1192 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...