Azərbaycanlı qadınları Dubaya aparan şəxs axtarışa verildi FOTO

Azərbaycanlı qadınları Dubaya aparan şəxs axtarışa verildi


Azərbaycan insan alverində təqsirləndirilən qadını beynəlxalq axtarışa verib. Lent.az bildirir ki, axtarışa verilən Sevinc Xəlilovanın 50 yaşı var. O, Azərbaycan dili ilə yanaşı rus və ərəb dilini də mükəmməl bilir. Sevinc Xəlilovanın gözləri qəhvəyi rəngdədir, boyu isə 1 metr 58 santimetrdir.
Azərbaycanlı qadınları Dubaya aparan şəxs axtarışa verildi

Qeyd edək ki, bir müddət əvvəl Azərbaycanın hüquq mühafizə orqanları insan alverində şübhəli bilinən Qafur Bağırov adlı şəxsi yaxalamışdı. O, istintaqa ifadəsində azərbaycanlı qadınları fahişəliyə cəlb etmək məqsədi ilə Dubaya apardığını etiraf etmişdi və Dubayda bu işlərə Sevinc Xəlilovanın rəhbərlik etdiyini demişdi. İnsan alverinin qurbanı olmuş qadınlar isə S.Xəlilova və ətrafındakı şəxslər tərəfindən Birləşmiş Ərəb Əmirliklərində fahişəliyə məcbur edildiklərini, sənədlərinin onlar tərəfindən gizlədilməsini və zorakılığa məruz qaldıqlarını bildiriblər.

O da bildirilir ki, S.Xəlilova daimi olaraq Dubayda yaşayır və Azərbaycana gəlmir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1000 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...