Rusiyada 5 vətəndaşımız həbsə atıldı

Rusiyada 5 vətəndaşımız həbsə atıldı


Saxta sənədlərlə Rusiya paytaxtı Moskvadan Norilsk şəhərinə gedən 5 Azərbaycan vətəndaşı hava limanında saxlanılıb.

APA-nın Rusiya Nəqliyyat Nazirliyinin Sibir vilayəti üzrə idarəsinə istinadən verdiyi məlumata görə, onlar sənədlərin yoxlanılması zamanı "Xarici vətəndaşın Norilsk şəhəri və Taymır Dolqano-Nenetsk bələdiyyə rayonu ərazisinə girişinə razılıq" sənədi göstəriblər. Lakin sənədlər polisdə şübhə oyadıb. Ekspertlər sənədlərin saxta olduğunu təsdiq ediblər.

Saxta sənədin istifadəsinə görə Azərbaycan vətəndaşlarına qarşı cinayət işi başlanıb. Onları 80 min rubl (təxminən 1200 manat) dəyərində cərimə və ya 2 il müddətinə icbari iş, yaxud 3 ildən 6 aya kimi həbs cəzası gözləyir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1100 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...