Bakıda qanlı atışmanın - Təfərrüatı

Bakıda qanlı atışmanın -


Bu gecə saat 3 radələrində Bakıda atışmada öldürülən şəxs keçmiş polis əməkdaşı olub.

GUNDEMİNFO.AZ APA-ya istinadən xəbər verir ki, hadisə Nizami rayonunun Əzimzadə küçəsi 20 ünvanında qeydə alınıb. Bakı şəhər sakini, 1982-ci il təvəllüdlü Rövşən Qalib oğlu Həsənov aralarında yaranan münaqişə zəminində tanışı, 1975-ci il təvəllüdlü Nadir Fəxrəddin oğlu İbrahimovu tapançadan atəş açmaqla öldürüb.

Daha sonra R. Həsənov idarə etdiyi “Lexus” markalı 90 SF 333 dövlət nömrə nişanlı avtomobillə hadisə yerindən qaçıb. Bu zaman o, idarə etdiyi maşını Rəşad Zakir oğlu Məmmədovun idarə etdiyi “Toyota” markalı avtomobilə çırpıb. Nəticədə R. Məmmədov xəsarətlə xəstəxanaya yerləşdirilib. Hadisəni törədən R. Həsənov saxlanılıb. Polisdən bildirilib ki, qətlə yetirilən N. İbrahimov keçmiş polis əməkdaşıdır. Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir. Xatırladaq ki, bu haqda ilk məlumatı aznews.az yayıb. Məlumatda deyilir ki, N.İbrahimov 8 güllə yarası alıb və hadisə yerindəcə keçinib.


Bakıda qanlı atışmanın -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
988 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...