Tanınmış klarnet ifaçısı özünü asdı

Tanınmış klarnet ifaçısı özünü asdı


Onun ölüm səbəblərini Şəki rayon Prokurorluğu araşdırır. Şəkidə intihar hadisəsi baş verib. 30 yaşlı şəhər sakini özünü asaraq öldürüb. Şəki rayon Prokurorluğundan ANS PRESS-ə verilən məlumata görə, Şəki şəhər sakini, 1985-ci il təvəllüdlü Seymur Tahir oğlu Qədirbəyli yaşadığı evdə özünü asıb. Onu asılmış vəziyyətdə ailə üzvləri aşkarlayıblar. Onun özünü hansı səbəbdən öldürülməsi hələlik məlum deyil.

Seymur Qədirbəyli Şəkidə tanınmış klarnet ifaçısı olub və toylarda iştirak edirmiş, ailəli olub. Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci maddəsi (özünü öldürmə həddinə çatdırma ) ilə cinayət işi açılıb, araşdırmalar aparılır. Dünən də paytaxtda intihar hadisəsi qeydə alınmışdı. Xırdalan şəhəri Quşçuluq masivi Hüseyn Arif 15 ünvanında yaşayan 1986-cı il təvəllüdlü Ömərov Tural Vahid oğlu özünü yaşadığı evin həyətindəki peyk antenasının divara bərkildilmiş dəmir hissəsindən elektrik naqili ilə asaraq dünyasını dəyişmişdi. 29 yaşlı kişinin asılmış vəziyyətdə olan meyitini ailə üzvləri aşkarlayaraq polis və prokurorluq nümayəndələrinə xəbər vermişdilər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1061 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...