Müdafiə nazirinin sabiq müavinin məhkəməsi başlayıb

Müdafiə nazirinin sabiq müavinin məhkəməsi başlayıb


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan müdafiə nazirinin keçmiş müavini Mehman Səlimovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam etdirilib. APA-nın məlumatına görə, hakim Zeynal Ağayevin sədrlik etdiyi hazırlıq iclasında məhkəmənin baxış iclasının vaxtı sentyabrın 18-nə təyin olunub.

Qeyd edək ki, ötən proses zamanı təqsirləndirilən şəxsin vəkili Ağaveyis Şahverdi vəsatətlə çıxış edərək cinayət işi materialları ilə tanış olmaq üçün məhkəmədən vaxt istədiyi üçün məhkəmə prosesi təxirə salınmışdı. Qeyd edək ki, M. Səlimov Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə - külli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə təqsirləndirilir. M. Səlimov 1995-99-cu illərdə Azərbaycan müdafiə nazirinin siyasi və ictimai işlər üzrə müavini olub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1069 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...