Sumqayıt qatarı qəza törətdi - Azyaşlı öldü

Sumqayıt qatarı qəza törətdi -


Bu gün Sumqayıtdan Bakı istiqamətində hərəkət edən qatar qəza törədib.

Hadisə şahidlərinin AzVision.az-a verdiyi məlumata görə, 07:10 radələrində Sumqayıt sərnişin stansiyasından çıxan qatar dəmiryolu xətti üzərində azyaşlı uşağı vurub. Hadisə dəmiryolu xəttinin Bakı dəmiryolu stansiyasına yaxın ərazidə baş verib.
Məlumata görə, azyaşlı uşaq hadisə yerindəcə keçinib. Qəza nəticəsində Bakı –Sumqayıt elektrik qatarının hərəkətində 20 dəqiqə gecikmə olub.

Qeyd edək ki, Bakı-Sumqayıt qatarı bir neçə gün öncə- sentyabrın 15-də istifadəyə verilmişdi.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1218 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...