Bakıda oğurlanmış avtomobillər tapıldı

Bakıda oğurlanmış avtomobillər tapıldı


Bakıda bir neçə oğurlanmış avtomobillər tapılıb.

Bakı şəhər Baş Polis İdarəsindən Trend-ə verilən məlumata görə, ÇPA, Sabunçu RPİ 15-ci PB, Nəsimi RPİ 19-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, müvafiq olaraq, sentyabrın 17-da gecə saatlarında Zabrat qəsəbəsində 1981-ci il təvəllüdlü Elxan Bağırova məxsus, qaçırılan VAZ-21011 markalı avtomobil Abşeron rayonu Məhəmmədi kəndində tapılıb.

Bundan əlavə sentyabrın 7-də saat 19:30 radələrində Zabrat qəsəbəsi Şəhər şossesindən Bakı şəhər sakini 1968-ci il təvəllüdlü Maqsud Yusifova məxsus VAZ-2107 markalı avtomobil sentyabrın 17-də Pirşağı qəsəbəsində, sentyabrın 4-də gecə saatlarında Cavadxan küçəsindən 1986-cı il təvəllüdlü Bəhrəm Qasımova məxsus qaçırılan VAZ-2104 markalı avtomobil Bakı Beynəlxalq Avtovağzalın qarşısında saz vəziyyətdə aşkar olunaraq sahiblərinə təhfil verilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1001 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...