Ərköyün diplomatlara görə cəzalar sərtləşdirildi

Ərköyün diplomatlara görə cəzalar sərtləşdirildi


Azərbaycanın nöqsanlara yol verən diplomatik əməkdaşlarına qarşı cəzalar sərtləşdirilib. Bu barədə məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan “Diplomatik xidmət haqqında” qanuna edilən dəyişikliklərdə öz əksini tapıb.

Təklif olunan dəyişiklikdə qeyd olunub ki, “Xidməti vəzifələrinin kobud şəkildə pozulmasına və ya diplomatik xidmətlə bir araya sığmayan hərəkətlərə görə” diplomatik əməkdaşların rütbələri aşağı salına və ya onlar öz rütbələrindən məhrum edilə bilərlər.
Layihə səsverməyə qoyularaq qəbul edilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
937 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...