İnterpol 40 yaşlı azərbaycanlı dələduzu axtarır

İnterpol 40 yaşlı azərbaycanlı dələduzu axtarır


Azərbaycan hüquq-mühafizə orqanları dələduzluqda təqsirləndirilən daha bir nəfəri beynəlxalq axtarışa verib. APA-nın məlumatına görə, bu barədə İnterpolun saytında məlumat yerləşdirilib. Məlumatda qeyd olunur ki, 40 yaşlı Elşad Seyidov külli miqdarda dələduzluq əməlində ittiham olunur. E. Seyidov Azərbaycanı tərk etdiyi üçün onun barəsində dövlətlərarası axtarış elan olunub və saxlanılması üçün İnterpola müraciət edilib. Hazırda E. Seyidovun saxlanılması istiqamətində tədbirlər davam etdirilir.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
948 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...