“AMAY Abdulla” şikayətçidir

“AMAY Abdulla” şikayətçidir


AMAY Ticarət Mərkəzinin həbsdə olan rəhbəri Abdulla Abdullayevin barəsində olan hökmdən apellyasiya şikayəti verilib. Vəkillərin verdiyi şikayətdə Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökmün ləğv edilməsi və iş adamı barəsində bəraət hökmünün çıxarılması istənilib. A.Abdullayev ötən il aprelin 4-də həbs olunub. Onunla bağlı İqtisadiyyat və Sənaye Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondundan daxil olmuş material Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində araşdırılaraq, Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.

Abdulla Abdullayev, Novruzov Elşən Firudin oğlu, Rzayev Heydər Nizami oğlu, Məmmədxanlı Mehman Əbülfəz oğlu, Qurbanov Vidadi Qəmbər oğlu və İlyasova Nadejda İvanovna təqsirləndirilən şəxs qismində cəlb edilib. Abdulla Abdullayevə qarşı Cinayət Məcəlləsinin dələduzluq, mənimsəmə və ya israf etmə, vəzifə səlahiyyətlərindən sui-istifadə əməlləri ilə, digər təqsirləndirilənlər isə dələduzluq, mənimsəmə və ya israf etmə maddələri ilə ittiham irəli sürülüb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin 7 sentyabr 2015-ci il tarixli hökmü ilə A.Abdullayev 13 il müddətinə azadlıqdan məhrum edilib. Digər təqsirləndirilənlərə isə şərti azadlıqdan məhrum etmə cəzası verilib. Novruzov Elşən Firudin oğlu, Rzayev Heydər Nizami oğlu, Məmmədxanlı Mehman Əbülfəz oğlu və Qurbanov Vidadi Qəmbər oğlu 9 il müddətinə, Nadajde İlyasovnaya isə 8 il müddətinə şərti azadlıqdan məhrum edilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1112 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...