Bakıda yol polisini maşınla vurdular

Bakıda yol polisini maşınla vurdular


Bakının Səbayel rayonunda polis əməkdaşının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Azadliq.info bildirir ki, hadisə M.Hüseynov küçəsi, 4 ünvanında qeydə alınıb. Bakı şəhər sakini, 1962-ci il təvəllüdlü Tapdıq Əli oğlu Əliyev idarə etdiyi “Toyota Camri” markalı avtomobillə ərazidə xidmətdə olan Dövlət Yol Polisi İdarəsinin inspektoru, polis serjantı, 1991-ci il təvəllüdlü Rauf Elxan oğlu Orucovu vurub. Elxan Orucov xəstəxanada tibbi yardım alıb.

Faktla bağlı Səbayel Rayon Prokurorluğunda cinayət işi başlanıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
991 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...