Astara gömrüyündə narkotik əməliyyatı

Astara gömrüyündə narkotik əməliyyatı


İrandan gələn Azərbaycan vətəndaşı İsmayıl Əlizadənin üzərində şəxsi yoxlama zamanı narkotik aşkarlanıb. Dövlət Gömrük Komitəsindən Axar.az-a verilən xəbərə görə, onun şalvarının cibində 41 ədəd metadon adlı həb, çantasının cibində isə 200 ml metadon məhlulu tapılıb.

İ.Əlizadə Astara Gömrük İdarəsinin sərnişin şöbəsində saxlanılıb. Məlumat üçün bildiririk ki, “Metadone” adlı dərman preparatı “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”in II Siyahısına daxildir. Faktla bağlı təhqiqat aparılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1041 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...