Qohumunun qızına “lüt şəkillərini yayacam” deyib pul tələb etdi

Qohumunun qızına “lüt şəkillərini yayacam” deyib pul tələb etdi


Şəki Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat zamanı şantaj yolu ilə pul tələb edən 2 nəfər saxlanılıb.

GUNDEMİNFO.AZ anspress-ə istinadən xəbər verir ki, həmin şəxslər Leyli Çobanovaya (ad, soyad şərtidir) lüt şəkillərini internetdə yayacaqları ilə bağlı hədə-qorxu gələrək, ondan 500 manat pul istəyiblər. Qızın atası dərhal polisi məlumatlandırıb. Daxil olmuş məlumat əsasında xüsusi əməliyyat keçirilib. Əməliyyat zamanı Şəki sakini Elşən Hüseynov və Sumqayıt şəhər sakini Bəhruz Qurbanov hədə-qorxu ilə tələb etdikləri pulu alarkən saxlanılıblar.

Əməliyyat zamanı o da məlum olub ki, şantal yolu ilə pul tələb edənlərdən biri-Elşən Hüseynov qızın yaxın qohumu olub. Elşən Hüseynov bildirib ki, qohumunun erməni ilə yazışdığını bilib və bundan sonra özü başqa bir adla onunla internet vasitəsi ilə yazışıb. Elə çılpaq şəkillərini də qız özü ona göndərib.

Səki rayon Polis Şöbəsindən verilən məlumata görə, Elşən Hüseynov adam öldürmə maddəsi ilə Rusiya Federasiyasının axtarışında imiş. Saxlanılanlardan digəri Bəhruz Qurbanov isə cəzaçəkmə müəssisəsindən qaçıb. Şəki Polis Şöbəsində qızın erməni ilə yazışması iddiası da hazırda araşdırılır. Faktla bağlı cinayət işi başlanılıb.


Qohumunun qızına “lüt şəkillərini yayacam” deyib pul tələb etdi



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1153 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...