Bakıdan qaçırdığı maşınla qəza törədib öldü

Bakıdan qaçırdığı maşınla qəza törədib öldü


Balakən sakini Bakıdan qaçırdığı maşınla Ucar rayonunda qəza törədib. Qəza nəticəsində sürücü ölüb, sərnişin isə ağır yaralanıb.Musavat.com-un əldə etdiyi məlumata görə, Balakən rayon sakini 1993-cü il təvəllüdlü Bəkir Nazim oğlu Qarayev idarə etdiyi VAZ 2107 markalı, 10 OH 877 dövlət nömrə nişanlı maşınla qəza törədib.

Qəza Bakı-Qazax yolunun 235-ci kilometrliyində, Ucar rayonu ərazisində baş verib.Qəza nəticəsində sürücü hadisə yerindəcə keçinib. Sərnişin 1991-ci il təvəllüdlü Namiq Nizami oğlu Məmmədov xəsarət alıb.Araşdırma zamanı məlum olub ki, qəzanı törədən avtomobil oğurluqdur. Bu barədə oktyabrın 17-də Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Bölməsinə maşının sahibi tərəfindən şikayət daxil olub. Polis faktla bağlı araşdırma aparır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
976 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...