Evdə baş verən yanğında üç uşaq yanaraq ölüb

Evdə baş verən yanğında üç uşaq yanaraq ölüb


Rusiyanın Kalmıkiya Respublikasında baş verən yanğında üç uşaq ölüb. APA-nın xəbərinə görə, Kalmıkiya Respublikası daxili işlər orqanlarından bildirilib ki, oktyabrın 25-nə keçən gecə Laqan şəhərində fərdi evdə yanğın baş verib. Yanğının söndürülməsinə 33 yanğınsöndürən və 10 texnika cəlb olunub.
Yanğının lokallaşdırılması zamanı 2005, 2006 və 2012-ci il təvəllüdlü üç uşağın meyiti çıxarılıb. Məlum olub ki, 9 yaşlı qız və 3 yaşlı oğlan evin sakinləri, 10 yaşlı qız isə qonşunun uşağı olub. Hüquq-mühafizə orqanları yoxlamalara başlayıb. Hadisənin başvermə səbəbləri araşdırılır. Yanğın baş verən anda böyüklərin hansı səbəbdən evdə olmamaları barədə hələlik məlumat verilmir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
945 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...