Azərbaycanlı "təyyarədə zorlama" ittihamı ilə həbs olundu

Azərbaycanlı "təyyarədə zorlama" ittihamı ilə həbs olundu


Almaniyanın Frankfurt şəhərindən Türkiyənin Antalya şəhərinə uçan təyyarədə xoşagəlməz hadisə baş verib. Oxu.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə oktyabrın 23-də qeydə alınıb. Antalyadakı nənəsini görmək üçün təkbaşına səfərə çıxan 14 yaşlı M.D. oturduğu yerdən qalxaraq təyyarənin quyruq hisəssindəki əməkdaşa yaxınlaşıb.

Qız yanında 13D nömrəli oturacaqda əyləşən kişinin ona qarşı əlləri ilə seksual xarakterli hərəkətlər etdiyini, dodaqlarından öpdüyünü deyib. Bundan sonra təyyarə ekipajının üzvü 13D nömrəli oturacaqda əyləşən Orxan M.-ə yaxınlaşaraq, deyilənlərin doğru olub-olmadığını soruşub. Azərbaycanlı gənc təcavüz iddiasını qəbul etməyib. Təyyarədəki hadisə barədə pilota məlumat verilib. Pilot təyyarə havada olduğu müddətdə Antalya ilə əlaqə yaradaraq, polis çağırıb. Təyyarə Antalyada endikdən sonra Orxan M. elə göyərtədə saxlanılıb.

Hava limanında nənəsi tərəfindən qarşılanan M.D. isə polisə şikayət edib. Anası və atası ilə Almaniyada yaşadığını deyən M.D. “nənəm xəstələndiyi üçün Antalyaya getmişdi. Bir müddət sonra mən nənəmi yoxlamaq üçün səfərə çıxdım”, - deyə bildirib.
“Nənəmlə razılaşmışdıq ki, məni hava limanında qarşılasın. Təyyarədə yanımda oturan şəxs qolumu, qarnımı sığallamağa başladı. Dodağımdan öpdü. Bundan sonra hadisə barədə ekipaj üzvünə xəbər verdim”, - deyə, qız bildirib. Hava limanının polis xidmətində ifadəsi alınan Orxan M. günahsız olduğunu bildirib. Bakıda təhsil aldığını, bir universitetə qəbul olmaq üçün Almaniyaya getdiyini deyən Orxan M. Antalyada da evlərinin olduğunu bildirib. Buna görə də, Almaniyadan qayıdarkən istirahət üçün Antalyaya getmək qərarına gələn Orxan M. təyyarədə yanında əyləşən qızla 10 yaş fərqinin olduğunu bildirib. “Mən ona təcavüz etməmişəm. Bir az söhbətləşdik. Mənə yatmaq istədiyini dedi. Mən də ona “başını çiynimə qoyub yata bilərsən” dedim. Başını çiynimə qoydu. Mən də qolumu onun çiyninə saldım. 5-10 dəqiqə yatdı, sonra qalxıb arxa tərəfə getdi. Mən hansısa bir əxlaqsız hərəkət etməmişəm”, - deyə gənc oğlan bildirib.

Orxan M. aparıldığı məhkəmədə “uşağın cinsi istismarı” maddəsi ilə həbs edilib. Hadisədən sonra Antalyaya gələn Orxanın valideynləri vəkillərin köməyi ilə onun saxlanılmasına etiraz ediblər, lakin bu etiraz rədd edilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1030 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...