Tovuzda cəbhə xəttini keçən yaşlı erməni qadın tutuldu

Tovuzda cəbhə xəttini keçən yaşlı erməni qadın tutuldu


Qoşunların təmas xəttində Ermənistan vətəndaşı saxlanılıb. Virtualaz.org saytı Müdafiə Nazirliyinə istinadən bildirir ki, noyabrın 8-də Azərbaycan-Ermənistan dövlət sərhədini Qazax rayonu istiqamətində pozan Ermənistanın Noyemberyan rayonunun Şavarşavan kənd sakini, ilkin ehtimala görə 1942-ci il təvəllüdlü Lusine Qukasovna Abovyan müdafiənin ön xəttində yerləşən Silahlı Qüvvələrimizin bölmələri tərəfindən saxlanılıb.

Saxlanılan Ermənistan vətəndaşına qarşı beynəlxalq hüquq normaları tərəfindən təsbit edilmiş qaydalar çərçivəsində davranılır.
Qısa müddətdə müvafiq prosedurlar həyata keçirilməklə o, qarşı tərəfə təhvil veriləcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1009 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...