Goranboyda iki avtobus toqquşub, 13 tələbə xəstəxanaya yerləşdirilib - YENİLƏNİB

Goranboyda iki avtobus toqquşub, 13 tələbə xəstəxanaya yerləşdirilib -

Bakı-Qazax magistral yolunun Goranboy rayonu ərazisindən keçən hissəsində yol nəqliyyat qəzası baş verib. APA-nın məlumatına görə Azərbaycan Dövlət Aqrar Universitetin tələbələrini daşıyan “Hyundai” markalı avtobusla Bakı-Gəncə marşurutu ilə hərəkət edən “Mercedes” markalı avtobus toqquşub. Qəza zamanı “Hyundai”da olan 13 tələbə müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.

Onlara tibbi yardım göstərilib, vəziyyətlərinin normal olduğu bildirilir.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.



**** 20.13

Bu gün axşam saatlarında Goranboy rayonu ərazisində yol nəqliyyat hadisəsi qeydə alınıb .

APA-nın məlumatına görə, Azərbaycan Dövlət Aqrar Universitetinin tələbələrini daşıyan avtobus qəzaya uğrayıb. Nəticədə 13 tələbə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

Hazırda onlara tibbi yardım göstərilir.

Faktla bağlı araşdırma aparılır.

Hadisənin təfərrüatları ilə bağlı məlumat veriləcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
922 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...