78 yaşlı Neftçala sakini özünü asdı

78 yaşlı Neftçala sakini özünü asdı


Neftçala rayonunda intihar hadisəsi qeydə alınıb. Virtualaz.org saytının Şirvan bürosunun əldə etdiyi məlumata görə, 78 yaşlı Əlihüseyn Əziz oğlu Ağayev bu gün səhər saat 8 radələrində özünü həyətindəki tövlənin qarşısındakı talvardan asaraq intihar edib.

Kənd sakinlərinin virtualaz.org saytına verdiyi məlumata görə, yaşlı kişi xeyli müddət imiş ki, səhhətindən gileylənirmiş. Hadisə yerinə gəlmiş hüquq-mühafizə orqanlarının nümayəndələri onun hansı səbəbdən intihar etməsi barədə araşdırma aparırlar. Qeyd edək ki, dünən də Bakının Binəqədi rayonunda ixtiyar kişi canına qəsd edib. 90 yaşlı Hüseyn Qəhrəmanov da özünü yaşadığı evdə asaraq intihar edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
994 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...