Bakıda silahlı qarşıdurma - ölən və yaralananlar var

Bakıda silahlı qarşıdurma -


Bakıda silahlı insident olub. APA-nın məlumatına görə, hadisə Xəzər rayonu Qala qəsəbəsində qeydə alınıb. 1977-ci il təvəllüdlü İsgəndər Bayraməli oğlu Bəbirov aralarında yaranmış mübahisə zəminində 1975-ci il təvəllüdlü Malik Musa oğlu Muradovu güllələyərək qətlə yetirib.

İ. Bəbirov daha sonra 1990-cı il təvəllüdlü Nicat Canbala oğlu Şəbiyevi bıçaqlayıb. N. Şəbiyev ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Polis əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində İ. Bəbirov tutulub. İlkin məlumata görə, hadisə namus üstündə baş verib. Faktla bağlı Xəzər Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1243 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...