Rusiyada polisi döyərək öldürən azərbaycanlılara hökm oxundu

Rusiyada polisi döyərək öldürən azərbaycanlılara hökm oxundu


Rusiyanın Lvov şəhərinin Şevçenkovski rayon məhkəməsi keçən il baş verən qətl hadisəsi ilə əlaqədar hökm çıxarıb. Bu barədə press-centr.com informasiya portalı məlumat yayıb. Məlumatda xatırladılır ki, 2014-cü il noyabr ayının 19-da Sıxovda “Naş” supermarketinin yanında gecə saat 00:01 radələrində mülki geyimdə olan 26 yaşlı DYM (Dövlət Yol Müfəttişliyi) inspektoru Oleq Torba və üç azərbaycanlı arasında gecə klubunda dava düşüb. Səbəb söyüş söyməmək barədə xəbərdarlıq olub.

Söz mübahisəsi davaya çevrilib. Döyülən adam qaçmağa cəhd edərkən, ona çatıb yerə yıxıblar və döyməyə davam ediblər. Oleq Torba təcili yardım maşınında ölüb. Bu gün Lvov şəhərinin Şevçenkovski rayon məhkəməsi iş üzrə hökm çıxarıb. Ən çox cəza Samir Babayevə verilib, ona 9 il iş kəsilib. İstintaqın versiyasına görə, zərərçəkənə ilk zərbəni o vurub. Cinayət yerində olan Sərraf Babayev də milisi döyüb. O, bu cinayəti üçün yeddi il həbs cəzası alıb.

Üçüncü həbs olunan şəxs - İsmayıl Babayevə məhkəmə bəraət qazandırıb. İttiham edilən iki nəfər həlak olanın ailəsinə min qriven cərimə ödəməlidirlər. Məhkəmənin hökmü ailəni qane etməyib, onlar apelyasiya məhkəməsinə müraciət etmək niyyətindədirlər.(oxu.az)



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
971 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...