"O qadını başqası öldürüb..." - Tələbə qızın ailəsi

"O qadını başqası öldürüb..." -


Xəbər verdiyimiz kimi, noyabrın 24-də Sumqayıt şəhərində dəhşətli qətl hadisəsi baş verib.

Hadisə şəhərin 9-cu mikrorayon, ev 69, mənzil 29 ünvanında baş verib. Məlumata görə, qətl hadisəsini törədən 21 yaşlı Şərqiyyə Mehdi qızı Ramazanova kirayədə yaşayan ev sahibəsini aralarında yaranmış münaqişə nəticəsində qətlə yetirib. O, ev sahibəsini xüsusi amanszlıqla öldürüb. Ş.Ramazanova əvvəlcə qadına boğaz nayihəsindən bıçaq zərbəsi endirdikdən sonra onun qulağının birini kəsib. Daha sonra ona bədəninin müxtəlif nahiyələrindən çoxsaylı bıçaq zərbələri endirərək qətlə yetirib. Qadının tam öldüyünə əmin olandan sonra polisə zəng edərək mənzildə qətl hadisəsi baş verdiyini deyib və hadisə yerindən qaçıb. Məlumata görə, Ş.Ramazanovanın ev sahibəsini qətlə yetirməsinə səbəb qızın sevgilisindən ayrılması olub. AzVision.az qətlə bağlı yeni məlumatlar əldə edib.

Qətldə təqsirli bilinən Şərqiyyə Ramazanovanın nənəsi Naibə Ramazanova saytımıza bildirib ki, nəvəsinin psixoloji problemləri olub: “Biz Şərqiyyənin qətl törətməsi ilə bağlı xəbəri televiziyadan gördük. Atası Mehdi və gəlinim ağlaya-ağlaya Sumqayıta getdilər. Şərqiyyə mənim ilk nəvəmdir. O, xəstə idi. Atası tez-tez müalicə üçün onu İrana aparırdı. Başında xəstəlik var. Əlimizdə onun xəstə olması ilə bağlı sənədlər də var. Valideynləri həmin sənədləri Sumqayıta aparıblar”.

Nəvəsinin sakit qız olduğunu bildirən N.Ramazanova Şərqiyyənin qatil ola biləcəyinə inanmadığını deyib. “Nəvəm çox qızdır. O, niyə qatil olsun ki? Bu sualı özümə verirəm, cavab tapa bilmirəm. Hamımız onunla fəxr edirdik. Biz bildiyimizə görə sevdiyi oğlan olmayıb. Sevdiyi oğlan olsaydı, çoxdan evləndirərdik. Nəvəmə qara yaxırlar. Yəqin ki, onu həbs edəcəklər. Biz onun adam öldürdüyünə inanmırıq. Bəlkə də o qadını başqası öldürüb, Şərqiyyənin üstünə atırlar”.

Qeyd edək ki, Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ş.Ramazanova tutulub. Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1146 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...