Ağdamda eyni anda 3 ev partladı - xəsarət alanlar var

Ağdamda eyni anda 3 ev partladı -


Ağdam rayonunda məcburi köçkünlərin məskunlaşdığı qəsəbədə 3 evdə partlayış baş verib. APA-nın xəbərinə görə, hadisələr Səfərli qəsəbəsində qeydə alınıb. Üç evdə eyni anda baş verən partlayışa qaz sızmasının səbəb olduğu bildirilir. Xəsarət alanlar var. Yanıq xəsarəti alan şəxslər Ağdam Rayon Mərkəz Xəstəxanasına çatdırılıblar. Partlayış nəticəsində yaxınlıqda olan evlərə də ziyan dəyib.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
988 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...