Balta ilə qol kəsən şəxs radikal dindar imiş

Balta ilə qol kəsən şəxs radikal dindar imiş


Daxili İşlər Nazirliyi (DİN) Zaqatalada baş verən dəhşətli cinayət hadisəsi ilə bağlı rəsmi açıqlama yayıb.

DİN-nin mətbuat xidmətindən AzVision.az-a daxil olan məlumata görə, noyabrın 28-də Zaqatala şəhərində şəhər sakini Araz Musayev münaqişə zəminində həmyerlisi Vüsal Bəşirovun qollarının bilək nahiyəsinə balta ilə xəsarət yetirib. Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində A.Musayev tutulub.

Hazırda faktla bağlı araşdırmalar aparılır.AzVision.az-a daxil olan digər məlumata görə, hadisəsi törədən şəxs radikal dini təriqət üzvüdür. Hadisənin borc üstündə törədildiyini məlum olub. Qeyd edək ki, hadisə sırağagün axşam saatlarında baş verib. Zaqatala şəhəri, Azərbaycan prospektində yaşayan, 1989-cu il təvəllüdlü Bəşirov Vüsal Vahid oğlunun hər iki qolu bilək naiyəsindən tamamilə kəsilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1330 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...