Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi ləğv edilir - ÖZƏL

Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi yaxın günlərdə ləğv ediləcək. Bu barədə GUNDEMİNFO.AZ-a daxil olan məlumatda bildirilir ki, NİİM-in ləğvi prossesinə yanvarın sonlarından etibarən başlanacaq. İnformasiyaya əsasən Nəqliyyat Nazirliyinin tabeçiliyində olan bu qurum müvafiq olaraq dövlət qurumları ilə əməkdaşlıqdan yayınır. Xüsusilə də Dövlət Yol Polisi ilə yollarda neəqliyyatın hərəkətinin tənzimlənməsi prosesində adıçəkilən mərkəz operativ əməkdaşlıq etmir.
İnformasiyalarda bildirilir ki, xüsusilə NİİM-in fəaliyyəti DYP-nin icra etdiyi funksiya ilə üst-üstə düşür. Bu işlərin DYP-nin tabeçiliyindhə olan Mərkəzi Məlumat Xidmətinə (MMX) birləşdiriləcəyi gözlənilir. Yolların idarəedilməsi prossesində yol polisinin daha aktiv iştirakını təmin etmək məqsədilə islahatlar zamanı qurumun əməkdaşlarının ixtisar ediləcəyi gözlənilir.
GUNDEMİNFO.AZ-a danışan mənbənin dediyinə görə, bir qədər əvvəl yollarda Nəqliyyat Departamentinin müfəttişlərinin yığışdırılması və onların səlahiyyətlərinin ləğv edilməsi nəticəsində, NİİM-in də ləğvi gözlənilir. Bununla da Nəqliyyat Nazirliyinin sonuncu səlahiyyəti də əlindən alınmış olacaq. Və mənbəmiz iddia edir ki, ən qısa zamanda Nəqliyyat Nazirliyinin ümumiyyətlə ləğv edilməsi gözlənilir.
576 dəfə oxundu