Nəsimi rayon MKTB rəisi Nizami Mayılov vətəndaşlarla kobud davranır

Nəsimi rayon MKTB rəisi Nizami Mayılov vətəndaşlarla kobud davranır
Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi Nizami Mayılov vətəndaşlarla kobud formada davranır.

Bu barədə Qlobal.az-ın əldə etdiyi məlumatda bildirilir.

Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi Nizami Mayılov Heydər Əliyev Fondunun viste-prezidenti, İDEA İctimai Birliyinin sədri Leyla xanım Əliyevanın təşəbbüsü ilə təmir aparılan Süleyman Rüstəm küçəsi, ev 33 ünvanında olarkən vətəndaşlarla insident yaşanıb.

Belə ki, MKTB rəisi ilə "JEK" rəisi İQrar Sadıqov təmirin keyfiyyətinə və formasına öz təkliflərini verən sakinlərlə dövlət məmuruna yaraşmayan tərzdə danışıb, kobud ifadələr işlədib.

Qeyd edək ki, Süleyman Rüstəm küçəsi, ev 33 ünvanının sakinləri bir müddət öncə məhəllələrinin bərbad durumunun, ərazidə çıxılmaz antisanitariya şəraitinin aradan qaldırılması üçün Heydər Əliyev Fondunun viste-prezidenti, İDEA İctimai Birliyinin sədri Leyla xanım Əliyeva müraciət etmişdilər.

Sakinlərin mediada yayılan müraciətlərindən sonra Leyla Əliyevanın tapşırığı ilə ərazidə təmir işləri aparılır.

Qlobal.az məsələ ilə bağlı Nəsimi rayin İcra Hakimiyyətindən və Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyindən mövqe öyrənə bilməyib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
49 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...