İcra başçısının TSEK sədri olan qardaşı əlili niyə incidir? ŞİKAYƏTÇİ NƏ DEDİ?

GUNDEMİNFO.AZ-a müraciət edən Ucar rayonu Ş.İ.Xətai küçəsi ev 70 sakini 2-ci qrup əlil albinizm xəstəsi Ələkbərov Ələkbər Muxtar oğlu tərəfindən müraciət daxil olub. Saytımıza müraciət edən əlil Göyçay rayonunda TSEK sədri işləyən Mühakim Ağayevdən şikayətçidir.
- Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mübariz Ağayevin qardaşı 36 saylı Tibbi Ekspert Komissiyasının sədri Mühakim Ağayev 2-ci qrup əlilliyimi 1-ci qrup edilməsi üçün məndən rüşvət istəyir. Hansı ki, mən anadan olandan albinizm xəstəsiyəm, uzun illərdi 2-ci qrup əliləm, hazırda 65 yaşım var, gözlərim demək olar ki, tamam görmür. Albinizim xəstələri anadan olandan əlil hesab edilirlər. Sevindim ki, əlillik dərəcəsinin təyin edilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaratdığı komissiyadan yoxlamadan keçəcəm və obyektiv qərar veriləcək - bu sözləri saytımıza müraciət edən şikayətçi yazır.
Lakin şikayətçinin sevinci az sürüb. Gundeminfo.az-a yazan şikayətçi daha sonra iddia edir ki, 36 saylı TSEK-in sədri Mühakim Ağayev burada öz arşını ilə bez ölçür ki, buna da mənim maddi imkanım yoxdur ona istədiyi rüşvəti verim haqqıma nail ola bilim.
"Mən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaratdığı komissiyanın yoxlamasından keçdim onlar şəxsən dedilər ki, bu adama 1-ci qrup əlillik dərəcəsi təyin edilməlidir. Sonra 36 saylı TSEK-in sədri qardaşım Məhəmmədi çağırıb dedi ki, onların deməsinə baxmayın pul verilməsə mümkün deyil. Onlar görüntü xatirinə bunu edirlər, amma əslində pul verilməlidir. Həmin pulda onlara çatacaq. Mənim isə heç bir imkanım yoxdur. Mühakim Ağayev bura təyin ediləndən əsil xəstələrin günü qara olub. Sağlam adamlar pul verib əlillik təyin etdirə bilirlər mənim kimi əsil xəstələr maddi imkansızlıqdan əlillik ala bilmirlər. Burada xəstələri Mühakim Ağayev süründürməçiliyə məruz qoyub narazılıq yaradıb. Mən bu barədə Prezident cənab İlham Əliyevə, Mehriban xanıma, Səhiyyə Naziri cənab Oktay Şirəliyevə və Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri cənab Səlim Müslümova şikayət ərizələri ilə müraciət etmişəm. İnanıram ki, şikayətimi araşdırıb qanunu tədbir görəcəklər. Xahiş edirəm haqqıma sahib olmaq üçün mənə köməklik edin" deyə şikayətçi yazır.
Onu da əlavə edək ki, icra başçısının qardaşı o0lan TSEK sədri ilə bağlı redaksiyamıza çoxsaylı şikayətlər daxil olub. Bu istiqamətdə araşdırmalar davam edir. Gundeminfo.az olaraq qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.
325 dəfə oxundu