Maliyyə Nazirliyi MSK-nın pulunu niyə vermir? - kütləvi şikayət

Maliyyə Nazirliyi MSK-nın pulunu niyə vermir? -


GUNDEMİNFO.AZ-a Azərbaycanın bir sıra rayon və şəhərlərindən ayrı-ayrılıqda şikayətlər daxil olmaqdadır. Şikyət edənlər əsasən Məntəqə Seçki Komissiyalarının üzvləridir. MnSK üzvləri yanvar ayının 1-dən 20-dək olan müddətdə onlar üçün nəzərdə tutulmuş əmək haqlarını ala bilməmələrindən şikayət edirlər. Bildirirlər ki, Dairə Seçki Komissiyasının üzvləri fevral və mart aylarına uyğun əmək haqlarını alsalar da, aşağı instansiya olan Məntəqə Seçki Komissiyalarının üzvləri hələ də əmək haqlarını ala bilməyiblər. Məçsələ ilə bağlı narazılıq edən MnSK üzvlərinə DSK-lardan bildiriblər ki, Mərkəzi Seçki Komissiyası müvafiq olaraq hesablardan çıxarışları Maliyyə Nazirliyinə təqdim edib. Hələlik bəlli olmayan səbəblərdən Maliyyə Nazirliyi MnSK üzvlərinin əmək haqlarını ayırmaqdan imtina edir. Yalnız Naxçıvan Muxtar Respublikasında bütün seçki komissiyaları üzrə əmək haqları ödənilib.

Qeyd edək ki, artıq cari ilin dövlət büdcəsi üzrə bütün büdcə təşkilatları I rübütn maliyyə hesabatlarını veriblər. Yalnız Maliyyə Nazirliyi 10 minlərlə işçisi olan MnSK üzvlərinin əmək haqlarını ayırmayıb.

Gundeminfo.az-ı bilgiləndirən mənbə deyir ki, prossesin yubanmasına səbəb ötən il Mərkəzi Seçki Komissiyasının hesabları ilə bağlı Maliyyə Nazirliyinin yeyinti faktları aşkarlaması səbəb olub. Hazırda həmin hesablar üzrə bir sıra dəqiqləşdirmələr aparıldığından məsələ ilə bağlı olaraq heç bir irəliləyiş yoxdur.

Eyni zamanda onu da əlavə edək ki, artıq Azərbaycan Respublikası Milli Məclisi «Seçki Məcəlləsi»nin tələblərinə uyğun olaraq Mərkəzi Seçki Komissiyasının tərkibini təsdiqləyib. Bundan sonrakı prossesdə isə MSK-da təmsilçilik qazanmış partiyaların aşağı instansiyalar üzrə Dairə və Məntəqə Seçki Komissiyalarının formalaşdırılması prossesinə başlanacaq. Böyük ehtimalla köhnə MnSK üzvlərinin əmək haqları bir qədər də yubana bilər.

Mövzu ilə bağlı rəsmi qurumların da mövqeyini dinləməyə hazırıq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
368 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...