90 saylı dairə müxalifətə verilir? - Hansı partiya sədrinə mandat yolu açılacaq?

90 saylı dairə müxalifətə verilir? -




Prezident İlham Əliyevin sərəncamı ilə 90 saylı Ağdaş Seçki Dairəsi üzrə Milli Məclisə təkrar seçkilər 2016-cı il iyunun 18-nə təyin edilib.

Bu dairədən 2015-ci ilin noyabrında deputat seçilmiş «Azəriqazbank»ın prezidenti Çingiz Əsədullayev olsa da, sonradan seçkinin nəticələri ləğv edilib. Yerli mediada seçkilər dövründə sabiq mili təhlükəsizlik naziri Eldar Mahmudovun işdən çıxarılması və bu dövlət qurumunda olan çetenin zərərsizləşdirilməsindən sonra 90 saylı dairədə də nəticələr ləğv edildi. Bunun ardından isə Çingiz Əsədullayev mətbuata açıqlama verərək bəyan etdi ki, o həqiqətən də Eldar Mahmudovun dostudur və bunu danmır.

Nəhayət bu günlərdə həmin dairədə yenidən seçkilərin keçirilməsi ilə bağlı prosesə rəsmi start verildi. Azərbaycan müxalifətindən hələlik heç kim bu seçkilərdə konkret olaraq iştirakı ilə bağlı qərar verməyib. GUNDEMİNFO.AZ xəbər verir ki, hətta Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu konkret olaraq 90 saylı dairə üzrə keçiriləcək seçkilərdə iştirak etməyəcəklərini deyib. Müsavat Partiyasından mətbuata sızan xəbərlərdə isə bu dairədən partiyanın keçmiş başqanı İsa Qəmbərin namizədliyinin irəli sürüləcəyi barədə bildirilib. Lakin hələlik qərar rəsmiləşməyib.

Partiyanın başqanı Arif Hacılı seçkidə iştirak məsələsinin müzakirə olunacağını bildirib. Gözlənilən odur ki, partiya İsa Qəmbərin namizədliyini dəstəkləsin. Bununla belə Klassik Xalq Cəbhəsi, Ümid, Xalq Cəbhəsi Partiyalarından seçkilərdə iştirakla bağlı heç bir açıqlama eşidilməyib. Bu partiyaların da yaxın günlərdə seçkilərlə bağlı qərarlarını açıqlayacaqları gözlənilir.
GUNDEMİNFO.AZ-a daxil olan informasyiada parlamentdə təmçilçilik qazanmış müxalifət partiyaları da 90 saylı dairədən namizəd irəli sürmək niyyətində deyillər. İnformasiyalara görə, bu dairədən hakim partiyanın da kimin namizəd irəli sürüləcəyi hələlik məlum deyil. Lakin bizə çatan xəbərlərə əsasən son zamanlar Rəsmi Bakının Avropa və ABŞ-la münasibətlərinin yüksək səviyyədə nizama düşməsi, ölkədə siyasi məhbusların azadlığa buraxılması, həmçinin də AŞPA, Avropa Birliyi, o cümlədən də digər beynəlxalq təşkilatların Azərbaycanın mövqeyini açıq-aşkar dəstəkləməsi ölkə daxilindəki siyasi münasibətlərə də təsir edəcək.

Aprelin 2-dən 6-a qədər Azərbaycanın öz torpaqlarını təxribatlara cavab olaraq erməni işğalçılarından təmizləmək üçün apardığı uğurlu hərbi əməliyyatları zamanı da dünyanın əksər demokratiya paytaxtları, mərkəzləri Rəsmi Bakının mövqeyini birmənalə şəkildə dəstəklədi. Və bununla da Azərbaycan iqtidarına göstərilən böyük etimad və ədalətli mövqeyinin dəstəklənməsi siyasi münasibətlərə də təsirsiz ötüşməməkdir.

Gundeminfo.az-a daxil olan informasiyada deyilir ki, 90 saylı dairədən Azərbaycanda kifayət qədər tanınmış və parlamentdə deputat olmuş partiya sədrlərindən biri mandat qazanacaq. Xəbərdə mandat qazanacaq bu şəxsin ABŞ və Avropanın mövqelərini dəstəkləyən və Rusiyaya qarşı sərt mövqeyi ilə tanınan şəxs olduğu söylənilir. Həmin partiya sədri ilə bu mövzuda təmaslarımızdan sonra informasiyanı bir qədər də dəqiqləşdirib sizlərə detallı olaraq məlumat verəcəyik.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
718 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...