Gigiyena Mərkəzində korrupsiya - FOTOLAR
Ucar rayon Gigiyena və Epidemologiya Mərkəzi bazara çevrilib. Vizual.az xəbər verir ki, mərkəzin müdiri Yasin Məmmədovun "fəaliyyəti” nəticəsində rayon ərazisində antisanitariya, yoluxucu xəstəliklər baş alıb gedir. Redaksiyamıza ünvanlanan şikayət məktubunda deyilir: "Pensiya yaşı çoxdan ötmüş 70 yaşlı müdirin başı pul toplamağa qarışıb. Ucar rayon Gigiyena və Epidemologiya Mərkəzində 62 nəfərin adı işdə getsə də, idarə ümumiyyətlə həftədə yalnız bir gün işləyir. Bu qədər işçinin maaş kartı da məhz Yasin Məmmədovdadır.
Rayon ərazisində yaşayış yerlərinin yaxınlığında yerləşən zibilliklər, parklarda olan hovuzların iylənmiş suları, iaşə obyektləri insan sağlamlığı üçün çox təhlükəli yolxucu xəstəliklərin mənbəyi olsa da heç bir tədbir görülmür”.
Şikayətçilərin sözlərinə görə, dövlət tərəfindən ayrılmış dərmanlar baytarlıq apteklərində satılır: "Uzağa getmək lazım deyil, Gigiyena və Epidemologiya Mərkəzinin yaxınlığındakı böyük zibillik yaşayış evlərinin sakini olan uşaqların oyun yerinə çevrilib ki, həmin zibillikdə proflaktik tədbirlər aparılmır. Hələ mərkəzin həyətindəki tualetin özündən istifadə etmək çox təhlükəlidir. Yasin Məmmədov dönərxanalardan, iaşə obyektlərindən, şadlıq evlərindən və digər aidiyyatı yerlərdən aylıq haqq alıb orada baş verən neqativ hallara göz yumur.
Rayonun çox hissəsində kanalizasiya açıq gedir buna görə də orada tez-tez dərmanlama işləri aparılmalıdır. Ucar rayon Gigiyena və Epidemologiya Mərkəzinə məxsus avtomobil həftənin şənbə-bazar günləri Göyçay rayonunda yerləşən mal-bazarından müştərilərə mal-qoyun daşıyır. İdarə müdiri isə bütün avadanlıqları icarəyə verir.
İdarədə adı yazılan işçilərin əksəriyyəti Bakıda yaşayır. Yoxlama gələn kimi zəng edib yaxınlıqda olan işçiləri çağırıb ora yığırlar. Yasin həkim məclislərdə xüsusi olaraq qeyd edir ki, mənim burada işləməyimə səbəb qohumum, səhiyyə naziri Oqtay Şirəliyevdir. Bu adam özünü nazirin qohumu kimi təqdim edir”. Qarşı tərəfi dinləməyə hazırıq.
386 dəfə oxundu