Ramiz Zeynalov siyasi mühaciri necə baş müstəntiq etdi - ilginc faktlar

Ramiz Zeynalov siyasi mühaciri necə baş müstəntiq etdi -


Dövlət Yol Polisi İdarəsində İstintaq və Təhqiqat Şöbəsinin baş müstəntiqi Hikmət Kərimov haqda müdhiş iddialar var.

AFN.az-a verilən məlumatda deyilir ki, H.Kərimov 1990-cı illərin ortalarında Bakı Dövlət Universitetini bitirib və bir müddət işsiz qalıb. Məlumatda iddia olunur ki, Kərimov sonra Avropa ölkələrinin birinə mühacirət etmək qərarına gəlib. Onun Edik adı ilə tanınan dayısının köməkliyi sayəsində əlaqələr tapdığı və Almaniyada siyasi sığınacaq aldığı deyilir. Bir müddət Almaniyada siyasi qaçqın adı altında yaşayan H.Kərimov çox keçmir ki, hansısa qüvvənin köməkliyi ilə Azərbaycana qayıdır və polis orqanlarına işə düzəlir.

Bir müddət Abşeron rayonunda sahə müvəkkili, sonra cinayət axtarış şöbəsində işləyir və naməlum güclü qüvvələrin köməkliyi sayəsində pillə-pillə indi işlədiyi vəzifəyə yüksəlir. Ancaq H.Kərimov özü belə tez parlamasını qarabağlı və məhşur Kolanı tayfasına mənsub olması ilə əlaqələndirib. Qaynağımız isə baş müstəntiqin irəli sürdüyü bu nüansın yanlış olduğunu söyləyir.
Mənbə bildirib ki, hüquq-mühafizə orqanları Kərimovun 1995-ci ildən sonra harda yaşadığını, hansı Avropa ölkəsinə necə getdiyini asanlıqla araşdıra bilər.

Məlumatda bildirilir ki, baş müstəntiqin atası Əhəd Kərimov uzun müddət Sovet hakimiyyəti vaxt Bərdənin və Ucarın 1-ci katibi işləyib. Qarşı tərəfin də mövqeyini verməyə hazırıq.

Dövlət Yol Polis İdarəsinin ictimayyətlə ələqalər şöbəsinin müdiri Kamran Əliyev teref.info-ya açıqlamasında bildirib ki, İstintaq və Təhqiqat şöbəsi DYP-dən alınaraq Daxili İşlər Nazirliyinin tabeçiliyinə verilib. Bu səbəbdən də adıçəkilən şəxslə bağlı DYP-dən heç bir açıqlama verilmir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1018 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...