Eldar Əzizov «Dostluq» parkına görə kimlərlə «dostlaşıb», kiminlə düşmən olub?

Eldar Əzizov «Dostluq» parkına görə kimlərlə «dostlaşıb»,


2015-ci ilin fevral ayında dövlət başçısı İlham Əliyev Bakının Səbayel rayonu ərazisində yerləşən Şıx çimərliyi ilə üzbəüz «Dostluq» parkı ərazisində qanunsuz tikililərlə bağlı Bakı meri Hacıbala Abutalıbova göstəriş vermişdi. GUNDEMİNFO.AZ-ın əməkdaşları bu günlərdə «Dostluq» parkı ərazisində olublar. Və məlum olub ki, əslində həmin ərazidə dövlət başçısının göstərişi ilə sökülməli olan villalalarda yaşayış da var, eyni zamanda tikinti işləri də davam edir.

2015-ci ilin sentyabrın 2-də Eldar Əzizovun Səbayelə icra başçısıv təyinatından sonra isə ümumiyyətlə «Dostluq» parkında dövlət başçısının heç bir göstərişi icra edilmir. Gundeminfo.az-a daxil olan informasiyaya əsasən adıçəkilən ərazidə yeni çimərlik mövsümünün başlanması ilə əlaqədar Eldar Əzizov ən yaxın adamlarını əraziyə yollayıb. Məlumata görə, Şıx çimərliyi ərazisində yerləşən villalarda Eldar Əzizov bəzi adamlarla düşmən, bəziləri ilə də «dost» ola bilib. İnformasiyalara əsasən xüsusilə də Eldar Əzizovun «dişi batmayan» villa sahibləri ilə dost olub, əzə bildikləri ilə isə düşmən olub.

Mənbəmiz məlumat verir ki, uzun illər Gəncə və Sumqayıtda Eldar Əzizovun «kassası» rolunu oynayan şəxslər (adları bizə bəllidir red) artıq Şıx və Səbayel rayonları ərazisindəki bəzi məkanlara baş vururlar.

«Dostluq» parkında isə heç bir abadlıq işləri aparılmır. Daha doğrusu aparılır, amma abadlığı aparanlar əslində villa inşa edənlərdir. Mövzu ilə bağlı detallı araşdırmalarımızı təqdim edəcəyik. Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1111 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...