Vilyam Hacıyev vəzifəsindən azad ediləcək - sahikbarları əzməkdən çəkinmir

Vilyam Hacıyev vəzifəsindən azad ediləcək -


GUNDEMİNFO.AZ-a daxil olan məlumata əsasən İmişli rayonunun icra başçısı olan Vilyam Hacıyev tutduğu vəzifəsindən kənarlaşdırılacaq. Məlumata əsasən V.Hacıyevlə bağlı artıq həm iqtisadi baxımdan, həm də siyasi baxımdan aparılan araşdırmalar sonuc olaraq qərarın verilməsinə səbəb olub. Son illər Azərbaycanda dövlət büdcəsindən dotasiya almayan rayonlardan olan İmişli ilə bağlı iqtisadi göstəricilər aşağı düşməyə başlayıb. Bununla bağlı da məhz icra başçısının dəyişidirliməsi qərarının verilməsi nəticəsi hasil olub.

Məlumat verən mənbə bildirir ki, icra başçısının işdən azad edilməsinə səbəb olan əsas məqamlardan biri də onunla həm Samux rayonunda, həm də İmişli rayonunda icra başçısı işlədiyi zamanlarda sahibkarlar arasında olan narazılıqların ortaya çıxması səbəb olub. Məsələ ilə bağlı olaraq aparılan araşdırmalar nəticəsində bəlli olub ki, əslində Vilyama Hacıyevdən rayon ərazisində fəaliyyət göstərən sahibkarlar ciddi narazılıq ediblər.

Rəsmi mənbələrdən GUNDEMİNFOÖAZ-a daxil olan məlumatlarda deyilir ki, Vilyam Hacıyev sahibkarlara etdiyi təzyiqlər, onları aldatması sonucu ilə işini itirə bilər. Bir qədər əvvəl isə İmişli rayonundan olan daha bir sahibkar gundeminfo.az-a müraciət edərək bildirib ki, icra başçısı ona qarşı təhdidlər edir və icra başçısının fəaliyyət ilə bağlı olaraq ona təzyiqlər edilir. Bununla bağlı da Bakının rəsmi qurumlarına, həmçinin yerli mətbuata müraciət edən sahibkara qarşı təzyiqlər edilir. Məsələ ilə bağlı olaraq araşdırmalarımız davam edir. Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
673 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...