İTV-də nə baş verir - işçiləri niyə ixtisar edirlər?

Redaksiyamıza İctimai TV-də böyük ixtisar siyasətinin həyata keçirldiyi haqda informasiya daxil olub. DİA.AZ olaraq redaksiyamızın e-mailinə göndərilən xəbəri olduğu kimi diqqətinizə çatdırırıq:
"Mətbuatdan bildiyiniz kimi iyun ayının 1-də bizim müdiri və bir neçə əməkdaşı işdən azad etdilər, ondan sonra hər gün kimisə də azad olunur Hazırda qorxa-qorxa gözləyirik ki, növbə bizə çatır.
ITV-nin baş direktoru ölkədə olmaya-olmaya AzTV-dəki qruplaşma bir söz demədən, səbəbsiz filan məsuliyyətli, işinin başında olan şəxsləri azad edir. İndiyəcən bir-birnin ardınca işdən azad edilənlər aşağıdakılardı (şəkilləri emaildə). Sadəcə çağırıb deyirlər ki, ərizə yaz ki özün çıxırsan.
İnformasiya departamentinin direktoru Elgün İbrahimov
Türkiyə müxbiri Rəhimə Mirzəyeva
Türkiyədəki operator Dilqəm Mirzəyev
Mərkəzi Asiya üzrə müxbir Füzuli Məcidli
Mərkəzi Asiya üzrə prodüser Reyhan Məcidli
Böyük redaktor Mais Ağayev
Böyük redaktor Esmira Qasımova
Müxbir Dilavər Seyidov
Rus dilində xəbərlərin aparıcısı Tamilla Şirinova
Siyasi şərhçi Bəxtiyar Səlimov
Müxbir Rauf Nəbiyev
Ümumiyyətlə, baş verənlər heç bir məntiqə sığmır. Vəzifə tutmayan ştatda olan işçilər baş direktorun əmri ilə çıxarıla blər. Direktorun vəzifədən azad edilməsi isə baş direktorun təqdimatı ilə Yayım Şurası tərəfindən onun müvafiq iclasında icra edilə bilər. Həmin vəziflərə təyinat da eyni prosedur qaydası ilə həyata keçirilə bilər. Baş direktorun ölkədə olmadığı bir vaxtda, Yayım Şurasının iclası olmadığı bir halda həm işdən azad edirlər, həm də yeni kadrlar gətirirlər. Bu həftə daha 7-8 nəfərin azad olunması danışılır, hələ ki bilmirik kimlərdir.
Təşəkkür
Nə qədər ki mənim adım siyahıda yoxdur gizli qalsa yaxşıdı"









621 dəfə oxundu