2016-cı ildə Azərbaycan kimləri itirdi? - SİYAHI

2016-cı ildə Azərbaycan kimləri itirdi? -


2016-cı il sənət aləmində bir çox tanınmışlar dünyasını dəyişdi. Gundeminfo.az Axşam.az-a istinadən bu il vəfat edən yerli məşhurların siyahısını təqdim edir: İlin ən ağır itkilərindən biri xalq artisti İlhamə Quliyevanın vəfatı olub. Müğənni fevralın 25-də səhər saatlarında qəfildən halı pisləşib, dünyasını dəyişib.

Xalq şairi Zəlimxan Yaqub uzun sürən xəstəlikdən sonra yanvarın 9-da dünyasını dəyişib. Xalq artisti, dirijor Nəriman Əzimov 80 yaşında vəfat edib. Rejissor Ələkbər Kazımovski dünyasını dəyişib. O, əməkdar artist Nahidə Orucovanın 55 illik yubiley məclisinin başlamasına bir qədər qalmış restorana gəlib. Halı pisləşən rejissor masada vəfat edib.

Azərbaycan Televiziya və Radio Verilişləri (AzTV) Qapalı Səhmdar Cəmiyyətinin 55 yaşlı diktoru Bəxtiyar Şərifzadə iş başında dünyasını dəyişib. Şair, publisist, ssenari müəllifi, kino redaktoru əməkdar mədəniyyət işçisi Fikrət Sadıq bu ilin noyabrında 86 yaşında vəfat edib.
Rejissor, əməkdar incəsənət xadimi Fikrət Əliyev də 2016-cı ildə dünyasını dəyişən tanınmışlardandır.
Aktyor, uzun illər AZTV-də rejissor assistenti kimi çalışan Arif Qasımov bu il vəfat edib.
“Şeron” qrupunun musiqiçisi Azər Qafarov noyabrda dünyasını dəyişib.
Tanınmış uşaq bəstəkarı, SSR-nin əməkdar incəsənət xadimi, xalq artisti Oqtay Zülfüqarov 87 yaşında vəfat edib.
“Lider TV”nin əməkdaşı İlqar Qulusoy rəhmətə gedib.
Xalq şairi, tanınmış publisist Söhrab Tahir vəfat edib.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
258 dəfə oxundu
 


XƏBƏR LENTİ
FOTOSESSİYA

Köşə
Qurd totemli türklər -
Yusif Alı Afşar - Fəlsəfə doktoru, dosent ...
Рейтинг@Mail.ru
Loading...