"Off, mənim heç o məktub yadımda deyil" - Sabiq səfir Elmira Axundova

"Off, mənim heç o məktub yadımda deyil"  -
Qaçaq sabiq səfir Elmira Axundova Ramiz Mehdiyevə yazdığı danos-məktubundan danışıb.

Pravda.az-a açıqlamasında məktubda yazılanlar barədə bunları deyib: "Bəsdirin də, qurtarın bu işləri. Əşi, nə məktub yazmışam? Mən artıq pensiyaya çıxmışam. Qoyun, oturaq işləyək. Hansı məktubu yazmışam? Hə? Biz min dənə məktub yazırıq. Dəhşət. Off, mənim heç o məktub yadımda deyil. Yazırlar, yazsınlar. Heç nə deməyəcəyəm, nə deyə bilərəm? Onlar hər şey edə bilərlər. Bəlkə, özləri yazıb "qol" çəkiblər?"

Elmira Axundovanın yaddaşını təzələyək. Bu danos-məktubunuz 30 iyul 2018-ci ildə Prezident Adminstrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə bağlı iş şöbəsinə daxil olub. 15244 nömrəsi ilə qeydə alınmaqla "ağsaqqalım və dostum" deyə xitab etdiyiniz Ramiz Mehdiyevə təqdim olunub.

Ramiz Mehdiyev məktubu Daxili İşlər Nazirliyinə, nazirlikdən isə Bakı Ağır Cinayətlər Məhkəməsinin sədri Mahmud Nəbiyevə ötürülüb.

Qeyd edək ki, o günlərdə Bakı Ağır Cinayətlər Məhkəməsində Elmira Axundovanın oğlu Həbib Axundovun adı qarışdığı 8 milyon manatlıq dələduzluq işi araşdırılırdı.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
97 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...