Sahib Babayev niyə danlanıb? - Nazir Mətin Kərimlidən asılı vəziyyətə düşüb?
Və yaxud necə oldu ki, Sahil Babayev Mətin Kərimlidən asılı vəziyyətə düşdü?
Avqustun 31-də Azərbaycan Respublikasının baş naziri Novruz Məmmədovun sədrliyi ilə “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il üçün iş planı”nda nəzərdə tutulmuş məsələlərə dair aidiyyəti qurumların iştirakı ilə iclas keçirilib. ( https://www.cabmin.gov.az/page/post/406 )
Mətbuat xidmətinin yaydığı məlumatları oxuyarkən ilk baxşıdan hökumətin adi bir iclasının keçirildiyi qənaətinə gəlirsən. Lakin iclasda iştirak etmiş şəxslərdən aldığımız məlumata əsasən, Nazirlər Kabinetinin həmin toplantısında nisbi gərginlik müşahidə olunub. Belə ki, əldə etdiyimiz məlumata görə, ölkə əhalisinin sosial və əmək ödənişlərinə, eyni zamanda əmək bazarındakı vəziyyətə həsr olunmuş iclasda sözügedən sahədəki mövcud durum müzakirə edilib. Daha doğrusu, toplantıda sözügedən sahədəki bərbad vəziyyət tənqid edilib və bu durumdan çıxmanın yollarına dair ciddi və gərgin müzakirələr aparılıb.
Məlumatlı mənbə PİA.az-a bildirib ki, Səlim Müslimovun bərbad günə saldğı əmək və sosial müdafiə sahəsində azacıq da olsa irəliləyişin qeydə alınmadığı, müsbət nəticələrin əldə olunmadığı, əksinə əhali arasında narazılıqların daha da artdığı bildirilərək yeni nazir Sahib Babayevə ciddi iradlar bildirilib.
665 dəfə oxundu