Səfər Mehdiyev böyük divident qazandı - uğurlu gediş

Bir qədər əvvəl GUNDEMİNFO.AZ-da məlumat vermişdik ki, Dövlət Gömrük Komitəsinin sədr müavini Səfər Mehdiyev sədr olmaq istəyir. Komitə sədri Aydın Əliyevin yerinə keçmək istəyən Nehrəmdən olan birinci müavin hətta yuxarılarda daha bacarıqlı olduğunu sübut etmək üçün ciddi cəhdlər edir.
Bu günlərdə rəsmi məlumat yayıldı ki, Azərbaycana tropik meyvələrin gətirilməsi ilə bağlı olaraq qadağa rəsmən aradan qaldırılıb. Bu o demək idi ki, artıq tropik meyvələrin idxalında inhisarçılıq aradan qalxıb. GUNDEMİNFO.AZ-a bilgi verən mənbə deyir ki, bu qadağanın ləğv edilməsində DGK sədrinin birinci müavini Səfər Mehdiyevin xüsusi təşəbbüsləri olub. Məlumata əsasən cənab Mehdiyev yuxarıları inandıra bilib ki, gömrükdən idxal statistikasının sürətlə mənfiyə doğru getməsini aradan qaldırmaq üçün məhz bir sıra strateji olmayan məhsullarla bağlı olaraq inhisarı ortadan qaldırmaq mümkündür.
Lakin redaksiyamıza bilgi verən mənbə iddia edir ki, əslində bu ləğvetmə qərarının çıxarılması heç də inhisarın ortadan qalxacağına işarə deyil. Sadəcə olaraq tropik meyvələrin idxalı ilə bağlı olaraq gömrükdə əl dəyişdirilir. Bundan sonra azad məhsul növü kimi təqdim edilən tropik meyvə biznesi başqasına keçəcək.
Lakin GUNDEMİNFO.AZ-a bilgi verən mənbə bildirir ki, əslində idxalla bağlı yumşalmaların aparılması ölkə iqtisaddiyatına ətraf çoğrafiyada baş verən böhrandan sığortalanmaq və təsirləri maksimal olaraq aşağı salmaq üçün kifayət qədər təqdirəlayiq haldır. Hakimiyyət içində mənbə deyir ki, gömrük işini kifayət qədər yaxşı bilən Səfər Mehdiyev bu təklifi ilə daxildə bazar prinsiplərini tənzimələmək və atılacaq perspektivli addımlardan biri kimi qiymətləndirilə bilər. Bu baxımdan da ən yüksək dairələrdə Aydın Əliyevin yerinə keçmək istəyən birinci müavinin bu təşəbbüsü real olaraq yüksək qiymətləndirilib.
1040 dəfə oxundu