“Xalqlar dostluğu” ticarət mərkəzinin sahibi müflis oldu İman Quliyev

“Xalqlar dostluğu” ticarət mərkəzinin sahibi müflis oldu


"Xalqlar dostluğu” ticarət mərkəzinin sahibi, əslən Naxçıvandan olan iş adamı İman Quliyev müflis olub.

Bunu adının çəkilməsini istəməyən mötəbər mənbə bildirib. İddialara görə, biznes dairələrində və iş dünyasında böyük bir füqur kimi tanınan İman Quliyev hələ 90 - cı illərin əvvəllərindən özünə geniş biznes şəbəkəsi yaratmaqla kifayət qədər sərvət sahibi ola bilib, eyni zamanda adının mümkün qədər cəmiyyətdə və mediada hallanmamasına, necə deyərlər, dilə - dişə düşməməsi üçün maksimum kölgədə qalmağa üstünlük versə də son bir neçə ildə səs - küylü layihələrdə adının hallanmasıyla gündəmə gəlib.

Lakin bu gün Xalqxeber.Az-a etibarlı mənbələrdən verilən məlumata görə, iş adamı iflasa uğrayaraq, bütün biznes şəbəkələrini dondurub. Hətta məlumatda qeyd olunur ki, iş adamı "Ramaz Palace" restoranında çalışanlara artıq neçə aydır ki, əmək haqqı verə bilmir. Buna görə də bağlanma qərarı verilib. Bundan başqa mənbənin verdiyi məlumata görə, İman Quliyev əlində olan obyektləri satışa çıxararaq, iflasdan xilas olmağa çalışır. Araşdırmalarımız zamanı məlum olub ki, iş adamını əvəllər yüksək çinli məmurlar daha dəqiq desək Naxçıvanlı Nazirlər müdafiə edirdi, lakin son vaxtlar həmin məmurlar ondan üz çevirməyə başlayıblar. Məmurların adı redaksiyamıza təqdim olunub, bir neçə araşdırma apardıqdan sonra həmin şəxslərin adlarını ictimaətə açıqlayacağıq. Xüsusilə qeyd edək ki, iş adamının iflasa uğramasında həmin şəxslərin yaxalarını geri çəkməsidir. Hal-hazırda İman Quliyevin şirkəti də bağlanmaq ərəfəsindədir, daha dəqiq desək orada çalışan işçilərin taleyi sual altındadır. Görəsən orada çalışan insanların taleyi ilə oynayan şəxslər dövlət qarşısında necə cavab verəcəklər. Mənbə qeyd edir ki, ölkədə işsizliyin aradan qaldırılması istiqamətində işlər görülür, lakin İman Quliyevin "krişaları" bu görülən işlərə kölgə salırlar.

Qarşı tərəfin mövqeyini öyrənməyə hazırıq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1692 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...