Vidadi İsayev icra başçısı postu ilə vidalaşır Bərdə İcra Hakimiyyətində "çemodan əhval ruhiyyəsi"

Vidadi İsayev icra başçısı postu ilə vidalaşır

Bərdənin icra başçısı Vidadi İsayev icra başçısı postu ilə vidalaşır. Bu barədə GUNDEMİNFO.AZ-a hakimiyyət içindəki mənbələr məlumat verib. Məlumata əsasən icra başçısının rotasiya qaydasına görə, səlahiyyət müddəti dəyişir. Bu dəyişikliklə də icra başçısı yenidən yerdəyişmə qaydasında başqa rayona təyinart almayacaq.

Məlumata əsasən Gəncəbasar regionu üzrə ümumi kurasiyada olan 2 rayonun icra başçısı ilə bağlı qərar artıq verilib. Parlament seçkilərindən dərhal sonra başçı postunu itirməli olacaq. Hazırda çemodan əhval-ruhiyyəsində olan Vidadi İsayevin rayonda görməli olduğu prtokol tədbirlərdə də iştirak etmədiyi söylənilir.

Qeyd edək ki, bir müddət əvvəl gundeminfo.az olaraq məlumat vermişdik ki, icra başçısı işini itərəcək və Milli Elmlər Akademiyasında elmi fəaliyyətlə məşğul olacaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
3029 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...