Sabah axşam yağış, dağlıq ərazilərdə sulu qar, qar yağacaq

Sabah axşam yağış, dağlıq ərazilərdə sulu qar, qar yağacaq


Yanvarın 23-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi gecədən arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən xəbərə görə, havanın temperaturu Abşeron yarımadasında gecə 4-6, gündüz 7-10, Bakıda gecə 4-6 isti, gündüz 7-9 dərəcə isti olacaq.

Yanvarın 23-də Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Səhər bəzi yerlərdə duman, lakin axşama doğru yağış, dağlıq ərazilərdə sulu qar, qar yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu Aran rayonlarında gecə 0-5 isti, gündüz 7-12 isti, dağlarda gecə 0-5 şaxta, yüksək dağlıq ərazilərdə 5-10 şaxta, gündüz 0-5 isti olacağı gözlənilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
954 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...