Tiflisdə M.Ə.Rəsulzadənin nəslindən olan alim dünyasını dəyişib

Tiflisdə M.Ə.Rəsulzadənin nəslindən olan alim dünyasını dəyişib


Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadənin nəslindən olan alim, tibb elmləri doktoru Gülnarə Rəsulzadə yanvarın 23-də Tbilisidə dünyasını dəyişib.

Virtualaz.org saytı AzərTAc agentliyinin məlumatına əsasən xəbər verir ki, mərhumənin dəfn mərasimində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin, Gürcüstandakı səfirliyinin, Gürcüstan Azərbaycanlıları Milli Konqresinin rəhbərliyi və əməkdaşları iştirak ediblər.

Səfirlik adından mərhumənin məzarı önünə əklil qoyulub.

Mərasimdə bildirilib ki, Gülnarə Rəsulzadə atası Mirzə David Rəsulzadənin yolunu uğurla davam etdirib. AXC dövründə Azərbaycanda məsul vəzifə tutan M.D.Rəsulzadə Tbilisidə “Gürcüstan” qəzetinin təsisçisi və redaktoru olub. O, 1937-ci ildə repressiyaya məruz qalıb. Gülnarə Rəsulzadə Tbilisidə yaşamasına baxmayaraq daim Azərbaycan naminə çalışıb. O, Gürcüstanda Azərbaycan mədəniyyətinin, elminin, tarixinin təbliği istiqamətində xeyli işlər görüb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
936 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...