ABŞ-da qar çovğunu: ölənlərin sayı 18-ə çatdı

ABŞ-da qar çovğunu:


ABŞ-ın şərqində hökm sürən qar çovğunu ilə əlaqədar ölənlərin sayı 18-ə çatıb. AZƏRTAC xəbər verir ki, ölkədə minlərlə aviareys təxirə salınıb, 200 mindən artıq insan işıq və istiliksiz qalıb, yollarda yüzlərlə qəza baş verib.

Associated Press agentliyinin məlumatına görə, ölənlərin yarıdan çoxu qəzalarda, iki nəfər isə donvurmadan ölüb. 11 ştatda fövqəladə vəziyyət elan edilib. Vaşinqton və Nyu-Yorkda isə nəqliyyatın hərəkətinə qadağa qoyulub.

Virtualaz.org ABŞ Milli Meteoroloji Xidmətinə istinadən bildirir ki, “Conas” qar fırtınası potensial olaraq 50 milyona yaxın insana toxuna və 1 milyard dollar məbləğində ziyan vura bilər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
979 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...