“Yuğ” teatrının binası söküləcək

“Yuğ” teatrının binası söküləcək


“Yuğ” teatrının Yasamal rayonu, Murtuza Muxtarov küçəsi, 83 ünvanında yerləşən binası söküləcək. Bu barədə Virtualaz.org saytına teatrın mətbuat xidmətindən məlumat veriblər. Xəbərdə deyilir ki, Yasamal rayonunda söküləcək binaların arasında teatrın yerləşdiyi bina da var. Buna görə də, Mədəniyyət və Turizm Nazirliyinin müvafiq qərarına əsasən, 2016-cı ilin fevral ayının 1-dən “Yuğ” Dövlət Teatrı yaradıcılıq fəaliyyətini Azərbaycan Dövlət Kukla Teatrının binasında davam etdirəcək.

Bu gün, yanvarın 26-da kollektiv sonuncu dəfə öz binasında T.Rəsulovun quruluşunda hazırlanan “Boy” tamaşasını göstərəcək. sonuncu dəfə qarşısına çıxacağıq. Qeyd edək ki, söküntü Bakının Baş Planına uyğun həyata keçirilir.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
949 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...