“Son zəng”in vaxtı açıqlandı - 14 iyun

“Son zəng”in vaxtı açıqlandı -


Dərs ilinin müddətinin uzadılması "Son zəng"in də tarixininin dəyişməsinə səbəb olub. Bu il ümumtəhsil məktəblərində “Son zəng” iyunun 14-ü keçiriləcək. Lent.az-ın sorğusunu cavablandıran Təhsil Nazirliyi bildirib ki, Nazirlər Kabinetinin 2014-cü il 30 oktyabr tarixli 362 nömrəli qərarı ilə “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamna­məsi”ndə edilmiş dəyişikliyə əsasən, ümumtəhsil məktəblərində dərs məşğələləri sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır. Bununla əlaqədar olaraq, “Son zəng" tədbiri də sonuncu dərs günü, iyunun 14-də keçiriləcək.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1918 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...