BDU-nun Jurnalistika fakültəsinin dekanı insult keçirdi

BDU-nun Jurnalistika fakültəsinin dekanı insult keçirdi


Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı, professor Şamil Vəliyev insult keçirib. Modern.az-a bu barədə Şamil Vəliyevin yaxınları məlumat veriblər. Ötən gecə dekanın səhhəti pisləşib və təcili olaraq Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib. Məlum olub ki, o, insult keçirib. Xəstəxanadan isə bildirilib ki, Şamil Vəliyevin vəziyyəti stabildir.

“Bundan başqa heç bir məlumat verə bilməyəcəyik”. Qeyd edək ki, professor, filologiya elmləri doktoru, əməkdar jurnalist Şamil Vəliyev 2012-ci ildən Bakı Dövlət Universitetində Jurnalistika fakültəsinin dekanıdır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
898 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...