Nazirliyin sabiq aparat rəhbərinə vəzifə verildi - İTV-də

 Nazirliyin sabiq aparat rəhbərinə vəzifə verildi -


İctimai Televiziyanın “Səhər proqramları” departamentinə direktor vəzifəsinə təyinat olub. Lent.az-ın məlumatına görə, Elnur Kələntərli İTV-nin “Səhər proqramları” departamentinin direktoru təyin olunub.

Yeni təyinat baş direktor Cəmil Quliyevin təqdimatına əsasən Yayım Şurasında keçirilən iclasda təsdiqlənib.

Qeyd edək ki, E. Kələntərli bir sıra telekanallarda çalışıb. O, həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində mətbuat katibi, ictimaiyyətlə əlaqələr sektorunun müdiri, aparat rəhbərinin müavini və aparat rəhbəri vəzifələrində işləyib. E.Kələntərlinin son iş yeri isə AzTV olub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
918 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...