Xalq artistinin keçmiş arvadından evlilik proqramında qalmaqallı açıqlama VİDEO

Xalq artistinin keçmiş arvadından evlilik proqramında qalmaqallı açıqlama


Xalq artisti Brilliant Dadaşovanın bacısı, aktyor, xalq artisti Rəfael Dadaşovun keçmiş həyat yoldaşı Sədaqət Dadaşova Türkiyədə "Zuhal Topalla İzdivac" proqramında qalmaqallı açıqlama edib.

ANS PRESS-in məlumatına görə, 64 yaşlı Sədaqət Dadaşova evlilik proqramında 27 il əvvəl eşq məcarası yaşadığını deyib. S. Dadaşova bu münasibətin 7 il davam etdiyini açıqlayıb. Onun sözlərinə görə, Asif adlı kişidən 20 yaşlı bir oğlu da var.
Qadın özünü Əsgər kimi təqdim edən şəxsin efirə zəngindən sonra bu barədə açıqlama verib.

"27 il əvvəl tanış olmuşduq. Münasibətimiz 7 il davam etdi. 7 ildən sonra ondan bir övladım oldu. O mənimlə evlənməyə söz versə də evlənmədi, mən də ayrıldım. Mənim dörd övladım var, onun üçü öz əmimoğlumla (Rafael Dadaşov) evliliyimdən olub, bir oğlum isə Asifdəndir. Nahaq bura zəng edib. Bizim aramızda hər şey bitib".


Sədaqət Dadaşova evlilik verilişində (1.54-cü dəqiqədən sonra)



Rəfael Dadaşov - xalq artisti
Xalq artistinin keçmiş arvadından evlilik proqramında qalmaqallı açıqlama


S.Dadaşova bir müddət əvvəl Türkiyədə evlilik proqramına çıxıb. O, verilişə həyat yoldaşı axtaran Oqtayadlı kişi üçün müraciət edib. Bu z aman Oqtay bəy və Sədaqət xanım arasında maraqlı dialoq baş tutub. S.Dadaşovanın "Oqtay bəyin evində isti su varsa, köçüb İstanbulda yaşaya bilərəm. Şəraiti yaxşıdırsa gəlib qalaram" açıqlaması uzun müddət gündəmi zəbt edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
995 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...