Rauf Mirqədirovun apellyasiya şikayətinə fevralın 18-də baxılacaq

Rauf Mirqədirovun apellyasiya şikayətinə fevralın 18-də baxılacaq


Jurnalist Rauf Mirqədirovun barəsində hökmdən apellyasiya şikayəti üzrə keçiriləcək məhkəmənin vaxtı açıqlanıb. Jurnalistin vəkili Fuad Ağayev APA-ya açıqlamasında bildirib ki, şikayət Bakı Apellyasiya Məhkəməsinin hakimi Abid Abdinbəyovun icraatına verilib.

Vəkil qeyd edib ki, məhkəmənin ilkin baxış iclası fevralın 18-i saat 15.00-a təyin edilib.

Qeyd edək ki, R. Mirqədirov Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsinə əsasən ittiham olunur. Bakı Ağır Cinayətlər Məhkəmənin hökmü ilə R. Mirqədirov 6 il müddətinə azadlıqdan məhrum edilib. Apellyasiya şikayəti həmin hökmdən verilib. Şikayətdə ona bəraət verilməsi istənilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
822 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...